Fələstinin mülki işlər naziri Hüseyn əş-Şeyx dövlət başçısı Mahmud Abbasın səhhətinin pisləşdiyi haqqında xəbərləri təkzib edib. Fələstinin mülki işlər naziri Hüseyn əş-Şeyx dövlət başçısı Mahmud Abbasın səhhətinin pisləşdiyi haqqında xəbərləri təkzib edib.

Mahmud Abbasın səhhətinin pisləşməsi xəbəri yalan çıxdı

Fələstinin mülki işlər naziri Hüseyn əş-Şeyx dövlət başçısı Mahmud Abbasın səhhətinin pisləşdiyi haqqında xəbərləri təkzib edib.

AzNews.az xəbər verir ki, İsrail mətbuatında Mahmud Abbasın ABŞ-dakı Baltimor xəstəxanasında müalicə aldığı ilə bağlı xəbərləri təkzib edən nazir bildirib ki, prezidentin səhhəti yaxşıdır, o, sadəcə təkrar müayinlərdən keçib.

Lakin Şeyx prezidentin harada olduğu və müayinlərdən sonra xəstəxandan ayrılıb-ayrılmadığı haqqında məlumat verməyib.

Son zamanlar Mahmud Abbasın səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılmış, ancaq bu xəbərlər onun yaxınları tərəfindən təkzib olunmuşdur.