Yaponiyadakı Şimali Koreya Vətəndaşları Dərnəyinin yerləşdiyi binaya ultra-sağ təşkilatı təmsil edən Yosinori Kavamura və Satosi Katsurada tərəfindən bir neçə dəfə atəş açılıb. Yaponiyadakı Şimali Koreya Vətəndaşları Dərnəyinin yerləşdiyi binaya ultra-sağ təşkilatı təmsil edən Yosinori Kavamura və Satosi Katsurada tərəfindən bir neçə dəfə atəş açılıb.

Yaponiyada Şimali Koreya vətəndaşlarına hücum edildi

Yaponiyadakı Şimali Koreya Vətəndaşları Dərnəyinin yerləşdiyi binaya ultra-sağ təşkilatı təmsil edən Yosinori Kavamura və Satosi Katsurada tərəfindən bir neçə dəfə atəş açılıb.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, yaponlar təşkilatın binasına qədər gediblər və qapıya bir neçə atəş açıblar.

Atışma zamanı heç kim zərər görməyib. Yaponlar qeyri-qanuni silah saxlamaqda ittiham olunaraq polis tərəfindən nəzarətə alınıb.

Yaponiyadakı Şimali Koreya Vətəndaşları Dərnəyi iki ölkə arasında diplomatik əlaqələr olmadığı üçün KXDR səfirliyi kimi xidmət edir.

Polis saxlanılanların niyə bu addımı atdığını araşdırır.