İsrail Həbsxanalar İdarəsinin fələstinli məhbuslara verilən yemək miqdarının azaldılması ilə bağlı qərar verdiyi deyilir. İsrail Həbsxanalar İdarəsinin fələstinli məhbuslara verilən yemək miqdarının azaldılması ilə bağlı qərar verdiyi deyilir.

İsraildə fələstinli məhbuslara digərlərindən daha az yemək verəcəklər

İsrail Həbsxanalar İdarəsinin fələstinli məhbuslara verilən yemək miqdarının azaldılması ilə bağlı qərar verdiyi deyilir.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İsrail büdcədə 20 milyon şekel (6 milyon dollar) ixtisara getdiyini əsas gətirərək, həbsxanalarda veriləcək yeməyin miqdarını azaltmaq qərarına gəlib.

Fələstinli məhbuslar onlara verilən qidanın miqdarında azalma olduğu halda yeməkdən imtina edəcəklərini bildiriblər.

Qeyd edək ki, 57-i qadın, 300-ü uşaq olmaqla 6500 fələstinli İsrail həbsxanalarında məhbus həyatı yaşayır.