2017-ci ilin iyulunda Türkiyədə dəhşətli bir cinayət baş verib. 2017-ci ilin iyulunda Türkiyədə dəhşətli bir cinayət baş verib.

Oğullarını öldürən gəlini müdafiə etdilər: “Şikayətçi deyilik”

2017-ci ilin iyulunda Türkiyədə dəhşətli bir cinayət baş verib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əri tərəfindən aldadılan qadın onu bıçaqlayaraq öldürüb.

Belə ki, Əli Hüyük arvadı Sevim Yıldırım Hüyükü başqa qadınla aldadıb. Xəyanət edən ər getdikcə həyat yoldaşına etdiyi zorakılığı artırıb. O, sevgilisi üçün ayrıca ev tutub və onunla yaşamağa başlayıb. Bir müddət ərindən ayrı yaşayan Sevim uşağı xəstələnincə onun yanına gedib. Lakin aralarında olan mübahisə sonradan davaya çevrilib və qadın dava əsnasında ərini bıçaqlayaraq öldürüb.

Məhkəməyə çıxarılan Sevim ərini öldürmək niyyətində olmadığını və sadəcə olaraq, özünü qorumaq istədiyini bildirib.

Məhkəmədə danışan Sevimin qaynanası və qaynatası oğullarının gəlinlərinə xəyanət etdiyini, onlara qarşı sərt davrandıqlarını, Sevimin onu öldürmək niyyətinə olduğuna inanmadıqlarını bildiriblər. Valideynlər "Biz şikayətçi deyilik", deyə məhkəməyə müraciət ediblər.

Məhkəmə Sevim Yıldırım Hüyükə 15 il iş kəsib.