ABŞ prezidenti Donald Tramp şiddət səhnələri olan filmlər üçün ayrıca bir qiymətləndirmə təqdim etməyi təklif edib. ABŞ prezidenti Donald Tramp şiddət səhnələri olan filmlər üçün ayrıca bir qiymətləndirmə təqdim etməyi təklif edib.

Tramp filmlərdən danışdı

ABŞ prezidenti Donald Tramp şiddət səhnələri olan filmlər üçün ayrıca bir qiymətləndirmə təqdim etməyi təklif edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, əvvəlcə kütləvi qırğınların qarşısının alınması yollarını müzakirə edərkən, prezident kompyuter oyunlarını günahkar çıxardıb, lakin daha sonra Hollivudu tənqid edib.

"Bu filmləri görürsünüzmü, nə qədər qəddar fonda çəkilib. Filmdə heç bir intim səhnə olmadığına görə uşaqlar buna baxırlar, amma filmdə cinayətlər də var. Biz bunu müzakirə etməliyik", deyə Tramp bildirib.

Daha sonra Tramp Amerika Film Şirkətləri Assosiasiyasının intim və ya zorakı məzmuna əsaslanan filmləri fərqləndirmək bacarığının olmasına şübhə etdiyini açıqlayıb.