Polşanın Zqeş şəhərində Ukrayna və Gürcüstan vətədaşlarından ibarət qrup polis əməkdaşlarına hücum edib. Polşanın Zqeş şəhərində Ukrayna və Gürcüstan vətədaşlarından ibarət qrup polis əməkdaşlarına hücum edib.

Polis sərxoş əcnəbilərə atəş açdı - Yaralılar var

Polşanın Zqeş şəhərində Ukrayna və Gürcüstan vətədaşlarından ibarət qrup polis əməkdaşlarına hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Dziennik Lozki" xəbər verib.

Xəbərdə bildirilir ki, polis əməkdaşları küçədə patrul xidməti zamanı sərxoş insanları görüblər. Asayiş keşikçiləri onları sakitləşdirməyə cəhd edərək, sənədlərini təqdim etmələrini xahiş ediblər. Bu zaman sərxoş əcnəbilər polis əməkdaşlarını daşa basmağa başlayıblar.

Patrul əməkdaşları əvvəlcə havaya, sonra isə sərxoşlara atəş açıblar.

Nəticədə polis əməkdaşları 13 nəfəri saxlayıblar. Onlardan 4-ü ayağından yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Bundan əlavə, qeyd edilir ki, bir polis əməkdaşı da başından yaralanıb. Faktla bağlı cinayət işi başlayıb.

Polisə hücum edənləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

AzNews.az