Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə imkan verəcək. Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə imkan verəcək.

Ukrayna Azərbaycan və Türkiyə ilə əlaqələri genişləndirmək istəyir

Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə imkan verəcək.

Bu barədə Trend-ə Ukrayna Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, Ukrayna Azərbaycan və Türkiyə ilə ənənəvi dostluq münasibətlərinə malikdir və hər iki tərəf Ukrayna ilə strateji tərəfdaşdır:

"Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı ölkələr arasında münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə kömək edəcək və Azərbaycan və Türkiyənin digər üçtərəfli əməkdaşlıq formatlarında uğurla reallaşdırdığı layihələrə analoji olaraq qarşılıqlı faydalı layihələrin işlənib hazırlanmasına imkan verən platforma olacaq".

Qeyd edək ki, bundan öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev martın 6-da Bakıda Azərbaycan-Ukrayna-Türkiyə formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələrin keçiriləcəyini bildirmişdi.

AzNews.az