ABŞ-dan olan 87 yaşlı kolleksiyaçı Forrest Fenne “Təqibin ehtirası” adlı kitabında, Santa-Fe şəhəri yaxınlığında Qayalı dağlar adlı ərazidə içərisində iki milyon dollarlıq sərvət olan sandıq gizlətdiyini yazıb. ABŞ-dan olan 87 yaşlı kolleksiyaçı Forrest Fenne “Təqibin ehtirası” adlı kitabında, Santa-Fe şəhəri yaxınlığında Qayalı dağlar adlı ərazidə içərisində iki milyon dollarlıq sərvət olan sandıq gizlətdiyini yazıb.

Milyonçunun gizlətdiyi xəzinə dörd nəfərin ölümünə səbəb oldu

ABŞ-dan olan 87 yaşlı kolleksiyaçı Forrest Fenne “Təqibin ehtirası” adlı kitabında, Santa-Fe şəhəri yaxınlığında Qayalı dağlar adlı ərazidə içərisində iki milyon dollarlıq sərvət olan sandıq gizlətdiyini yazıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə The Washington Post nəşri yazır.

Milyonçunun sözlərinə əsasən, artıq 65 in nəfər bu sandığı tapmağa çalışıb, onlardan hətta dördü ölüb.

Fenn bildirib ki, sandıqda qədim sikkələr, qızıl əşyaları, XVII əsrə aid üzük, almaz, sapfir, yaqut, zümrüd, Çin nefrit fiqurları, Xristofor Kolumbun dövrünə aid Hindistan qolbaqları var.

Vyetnamda müharibədən sonra Fenn arxeologiya ilə məşğul olub və Santa-Fe şəhərində muzey açıb.

Öz kitabında, o, şerlərdə xəzinənin yeri barədə doqquz ipucu verib.

Fevralın 20-də Kurl8 kanalı xəzinə axtarışına çıxan bir nəfərin ölümü barədə xəbər yayıb. İllinoys ştatının 53 yaşlı sakini Ceff Merfi 152 metr yüksəklikdən yıxılıb.

Polisin məlumatına görə, bu xəzinə axtarışına çıxan dördüncü adamın ölümüdür.

Fenn isə bildirib ki, xəzinə təhlükəsiz yerdədir və onu hətta 80 yaşlı qoca da tapa bilər.

AzNews.az