Bu gün Yəməndə baş verən partlayışlarlar nəticəsində beş nəfər həlak olub. Bu gün Yəməndə baş verən partlayışlarlar nəticəsində beş nəfər həlak olub.

Yəməndə terror - 5 nəfər öldü

Bu gün Yəməndə baş verən partlayışlarlar nəticəsində beş nəfər həlak olub.

AzNews.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, terrorçular Aden şəhərində 2 avtomobili partladıblar. Nəticədə 5 nəfər ölüb, daha 10 nəfərdən artıq insan isə yaralanıb. Ölənlərin hamısı hərbçilərdir. Partlayışlar anti-terror qüvvələrinin mərkəzinin yaxınlığında baş verib və ehtimal olunur ki, partlayış burada xidmət edən hərbiçilərə yönəldilib. Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir terror təşkilatı öz üzərinə götürməyib.