06:52
(077) 610-22-33

Obamanın qardaşı seçkidə uduzdu

  • >
4 734 9 Mart 2013 10:04 | Dünya

Amerika prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama vətəni Keniyada qubernator seçkilərində məğlub olub



Malik Obamanın lehinə seçicilərin ancaq bir faizi səs verib.

Qardaşı Barak Obamanın Amerikda ikinci dəfə prezident
seçilməsindən sonra ölkəsi Keniyada siyasətlə məşğul olmaq qərarına gələn Malik Obama qələbə qazana bilməməsini saxtakarlıqla əlaqələndirib.

Ata bir, ana ayrı olan Obama qardaşları ilk dəfə 1985-ci ildə bir-biriləri ilə tanış olublar. Daha sonra isə nikah mərasimlərində şahid kimi iştirak ediblər.

Məlumatlara görə, Malik Obamanın məğlub olmasının səbəbləri sırasında onun şəxsi həyatı ilə bağlı məqamlar da təsirli olub. Belə ki, Malik Obama ümumilikdə 12 arvadı olduğu və qadınlara qarşı zorakılıq etdiyi barədə xəbərlərlə gündəmə gəlib.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X