Amerikanın məşhur şirkəti "Apple" mobil tətbiq bazarı olan "AppStore"a iranlıların girişini əngəlləyib. Amerikanın məşhur şirkəti "Apple" mobil tətbiq bazarı olan "AppStore"a iranlıların girişini əngəlləyib.

“Apple”dən iranlılara qadağa

Amerikanın məşhur şirkəti "Apple" mobil tətbiq bazarı olan "AppStore"a iranlıların girişini əngəlləyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın dövlət televiziyası xəbər verib. "Apple" Vaşinqtonun Tehranla olan münasibətlərinə əsaslanaraq, İrana rəsmi şəkildə heç bir cihaz satmır. Lakin xalqın böyük bir qismi xarici ölkələrdən gətirilən "Apple" məhsullarını istifadə edir.

Qeyd edək ki, İran rəsmiləri "Apple"ın bu addımı tənqid ediblər.