Mütəxəssislərin araşdırmalarına görə, Fransada yaşayan qadınların əksəriyyəti özlərini əminlikdə hiss etmirlər. Mütəxəssislərin araşdırmalarına görə, Fransada yaşayan qadınların əksəriyyəti özlərini əminlikdə hiss etmirlər.

Fransız qadınlar nədən qorxur?

Mütəxəssislərin araşdırmalarına görə, Fransada yaşayan qadınların əksəriyyəti özlərini əminlikdə hiss etmirlər.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, fransız qadınların hər yüz nəfərindən 58-nin təcavüz, oğurluq, metroya təkbaşına minmək və ya küçədə yalnız gəzməklə bağlı qorxuları var.

10 min 500 nəfər üzərində aparılan bir araşdırma nəticəsində məlum olub ki, Parisdə qadınlar ən çox ictimai nəqliyyatda təcavüzə məruz qalır. Ondan sonrakı yeri isə ticarət mərkəzləri tutur.

Qeyd edək ki, Fransada 2015-ci ildə baş verən terror hücumlarından sonra fransızların təhlükəsizliklə bağlı əndişələri artıb.