İngiltərədən Meksikaya gələn cütlük təyyarədə sekslə məşğul olduqlarına görə polis tərəfindən saxlanılıb. İngiltərədən Meksikaya gələn cütlük təyyarədə sekslə məşğul olduqlarına görə polis tərəfindən saxlanılıb.

Təyyarədə sekslə məşğul oldular - “Qadın çox temperamentli idi”

İngiltərədən Meksikaya gələn cütlük təyyarədə sekslə məşğul olduqlarına görə polis tərəfindən saxlanılıb.

AzNews.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyadan Meksikaya Virgin Atlantik reysi ilə gələn cütlüyün uzun müddət tualetdən çıxmadığını görən stüardessa qapını açmaq məcburiyyətində qalıb. Məlumata görə gənc cütlük elə hava limanında tanış olublar.

"Qadın çox şən idi, söhbət etmək üçün mənə və dostuma yaxınlaşdı, sonra o, tək səyahət edən oğlana tərəf döndü və onu öpdü. Sonra qadın uzaqlaşmağa başladı, kişi onu təqib etdi. Bizə hər şey aydın idi. Qadın çox temperamentli idi. Stüardessa qapını döydü, onlardan çıxmağı tələb etdi. Onları çox çətinliklə oradan çıxardılar. Sərnişinlər göy üzündə sevənləri qəhqəhə və alqışlarla qarşıladılar. Aeroportun işçisi cütlüyü qaydaları pozduqlarına görə xəbərdar etdi, hava limanında onlar polis tərəfindən qarşılanaraq ifadə vermək üçün şöbəyə aparıldı", - deyə sərnişinlərdən biri deyib. Onları 6 ay həbs cəzası, yaxud cərimə gözləyir.