Ötən gecə Rusiyanın Ulyanovsk şəhərində mənzildə qadın və üç azyaşlı uşağın meyiti tapılıb. Ötən gecə Rusiyanın Ulyanovsk şəhərində mənzildə qadın və üç azyaşlı uşağın meyiti tapılıb.

Rusiyada qadın 3 uşağını və özünü öldürdü

Ötən gecə Rusiyanın Ulyanovsk şəhərində mənzildə qadın və üç azyaşlı uşağın meyiti tapılıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları ananın uşaqları öldürdüyü, daha sonra isə intihar etdiyi versiyası üzərində dayanır.

Ərindən boşanmış qadın 3 uşağı ilə birlikdə yaşayıb. Uşaqların ikisi məktəb şagirdi, biri isə körpə olub.

AzNews.az