Avropa İtifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb. Avropa İtifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb.

Avropada miqrant böhranı başa çatdı

Avropa İtifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq komissarı Dimitros Avramopulos "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Avramopulos Avropa İttifaqında miqrasiyanın idarə edilməsi ilə bağlı birgə səylərin nəticə verdiyini qeyd edib: "Avropa İttifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb ki, bu da 2014-cü ildəki göstəriciyə bərabərdir. Başqa sözlə, biz artıq böhrandan əvvəlki səviyyədəyik".

Qeyd edək ki. keçən il 650 min nəfər Avropa İttifaqı ölkələrində sığınacaq alınması üçün müraciət edib.

AzNews.az