Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Tramp Putini təbrik etdi - Yenilənib

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Ev telefon danışığının olduğunu təsdiqləyib.

D. Tramp prezident seçkilərində qələbə münasibəti ilə V. Putinin təbrik edib.

Qeyd edək ki, bundan əvvəl D. Trampın köməkçisi Xoqan Qidli ABŞ prezidentinin hələ ki, Rusiyada prezident seçkilərində qələbəsi ilə bağlı V. Putinlə telefonla danışmağı planlaşdırmadığını bildirmişdi.

Rusiyada prezident seçkiləri martın 18-də keçirilib və hazırkı prezident V. Putin 76,68 faiz səs toplayıb.

***

19:15

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin ilə telefon söhbəti edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki məmurlardan birinə istinadən NBC telekanalı məlumat yayıb,

Telekanal danışıqların nədən ibarət olduğunu açıqlamayıb.

AzNews.az