Korrupsiyada ittiham olunan və istintaqa ifadəsindən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Fransanın keçmiş prezidenti Nikolas Sarkozinin dörd ölkəyə gedəcəyi qadağan olunub. Korrupsiyada ittiham olunan və istintaqa ifadəsindən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Fransanın keçmiş prezidenti Nikolas Sarkozinin dörd ölkəyə gedəcəyi qadağan olunub.

Sabiq prezidentin 4 ölkəyə gedişi qadağan olundu

Korrupsiyada ittiham olunan və istintaqa ifadəsindən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Fransanın keçmiş prezidenti Nikolas Sarkozinin dörd ölkəyə gedəcəyi qadağan olunub.

AzNews.az xəbər verir ki, Fransanın sabiq prezidenti Nikolas Sarkozinin gedişi qadağan edilən ölkələr Liviya, Misir, Tunis və Cənubi Afrikadır. Adı korrupsiya ittihamında çəkilən bir çox insanın bu ölkələdə yaşaması məlum olub. Məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılan Sarkoziyə onun hakimiyyəti dövründə daxili işlər nazirləri olan Klaud Gueant, Brice Hortefeux və kəşfiyyat bölməsinin rəhbəri Bernard Squarcini ilə görüşmək də qadağan olunub.

Sarkozi haqqında məhkəmə nəzarətinə dair qərar Fransanın tarixində bir ilkdir. Sarkozi 2007-ci il seçkilərində Liviyanın qanunsuz maliyyə təminatında günahlandırılıb.