Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıda yol qəzasında iki nəfər həyatını itirdi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin verdiyi xəbərə görə, aprelin 21-i saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E. Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az