Ermənistanın Müdafiə Nazirliyi bu gün səhər saatlarından başlayaraq yenidən İrəvan küçələrinə çıxan etirazçılara müraciət edərək nazirlik yerləşən əraziyə yaxın küçələri boşaltmağa çağırıb. Ermənistanın Müdafiə Nazirliyi bu gün səhər saatlarından başlayaraq yenidən İrəvan küçələrinə çıxan etirazçılara müraciət edərək nazirlik yerləşən əraziyə yaxın küçələri boşaltmağa çağırıb.

Ermənistanda vəziyyət gərgindir - Müdafiə Nazirliyi etirazçılara çağırış etdi

Ermənistanın Müdafiə Nazirliyi bu gün səhər saatlarından başlayaraq yenidən İrəvan küçələrinə çıxan etirazçılara müraciət edərək nazirlik yerləşən əraziyə yaxın küçələri boşaltmağa çağırıb.

Trend-in məlumatına görə, nazirliyin yaydığı məlumatda aksiya iştirakçılarının nazirlik ətrafındakı küçələri boşaltmaları tələb olunub.

Qeyd edək ki, artıq neçə gündür ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, saxlanılanlar var.

AzNews.az