Ermənistanın Eçmiadzin şəhərində yüzlərlə müxalifət tərəfdarı küçələrə axışıb. Ermənistanın Eçmiadzin şəhərində yüzlərlə müxalifət tərəfdarı küçələrə axışıb.

Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

Ermənistanın Eçmiadzin şəhərində yüzlərlə müxalifət tərəfdarı küçələrə axışıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Mərkəzi küçələri bağlayan etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndirir, sakinləri aksiyaya qoşulmağa çağırır.

“Eçmiadzin polisi vəziyyətə nəzarət edir. Nümayişçiləri ictimai asayışı pozmamağa, aksiyanı qanun çərçivəsində keçirməyə çağırırıq”, -deyə polis idarəsinin bəyanatında deyilir.

Paralel olaraq Gümrü və Vanadzor şəhərlərində də Sarkisyanın baş nazir təyin olunmasına qarşı aksiyalar keçirilir. Toqquşmaların və ya saxlanılanların olmadığı bildirilir.