2017-ci ildə 80 milyon turist səyahət üçün serialların və filmlərin çəkildiyi yerləri seçib. 2017-ci ildə 80 milyon turist səyahət üçün serialların və filmlərin çəkildiyi yerləri seçib.

Turistlər istirahət yerlərini seriallardan götürür

2017-ci ildə 80 milyon turist səyahət üçün serialların və filmlərin çəkildiyi yerləri seçib.

AzNews.az xəbər verir ki, bu haqda Travel Daily News məlumat verir. TCI Research tədqiqat agentliyinin araşdırması, filmlərin və serialların turistlərin seçimi mövzusundakı təsirinin görünməmiş bir səviyyəyə çatdığını göstərib.

Agentlik ayrıca, filmin çəkildiyi yerlərə səyahət edən turistlərin daha çox sosial şəbəkələrdə istirahətin detallarını izah etdiklərini, ekskursiyalardan məmnun olduqlarını və adi səyahətçilərə nisbətən daha çox yerli mədəni hadisələrə qatılmaq istədiklərini qeyd edib.

TCI Araşdırma Direktoru Olivier Henry-Biawad, "Filmlər səyahət edən turistlər üçün eyni zamanda, mükəmməl əyləncə tipli məkanlar təqdim edir", deyə bildirib.

O, yerli hakimiyyət orqanlarına turistlərin axını ilə əlaqədar riskləri idarə etməsini tövsiyə edib, çünki bu, ekoloji problemlərə və yerli əhali üçün əlverişsizliyə səbəb ola bilər.