Moskvada qasırğa zamanı yaralananların sayı 12-ə çatıb. Moskvada qasırğa zamanı yaralananların sayı 12-ə çatıb.

Moskvada qasırğa - 12 yaralı, 1 ölü (Fotolar)

Moskvada qasırğa zamanı yaralananların sayı 12-ə çatıb.

AzNews.az xəbər verir ki, qasırğa nəticəsində bir uşaq ölüb. Bu barədə paytaxtın bələdiyyə başçısı Sergey Sobyanin Twitter-də bildirib.

Moskva Səhiyyə Nazirliyinin məlumatına görə, qasırğa nəticəsində 17 nəfər yaralanıb, 14 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır, qalanı isə qənaətbəxş və orta vəziyyətindədir. Yaralılar arasında üç uşaq var.

Qasırğnın təsiri nəticəsində yüzlərlə ağac məhv olub. Şəhər rəsmiləri qasırğanın nəticələrini aradan qaldırmağa başlayıb.

Şənbə günü Moskvada qasırğa başlayıb. 16 saatdan sonra hava şəraiti anidən kəskinləşib: şəhər üzərini qara buludlar bürüyüb, külək, şiddətli yağışlar başlayıb, bəzi yerlərdə leysan yağışlar yağıb. Rayonlarda şimşək müşahidə edilib.