Bu gün saat İrəvanda sabiq prezident Serj Sarqsyanın baş nazir postunu tutmasına görə keçirilən etiraz aksiyasında iştirak edən 228 nəfər saxlanılıb. Bu gün saat İrəvanda sabiq prezident Serj Sarqsyanın baş nazir postunu tutmasına görə keçirilən etiraz aksiyasında iştirak edən 228 nəfər saxlanılıb.

İrəvanda 200-dən çox aksiya iştirakçısı saxlanılıb

Bu gün saat İrəvanda sabiq prezident Serj Sarqsyanın baş nazir postunu tutmasına görə keçirilən etiraz aksiyasında iştirak edən 228 nəfər saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə "Azatutyun" radiosu Ermənistan Polisinə istinadən məlumat yayıb.

Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan i Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.

Ermənistan Konstitusiyasına əsasən deputatlara qarşı cinayət işi yalnız parlamentin icazə verməsindən sonra açıla bilər.