Ermənistanın paytaxtı İrəvanda aksiyaçılar Serj Sarkisyanın istefasını qeyd ediblər. Ermənistanın paytaxtı İrəvanda aksiyaçılar Serj Sarkisyanın istefasını qeyd ediblər.

İrəvanda Sarkisyanın istefası belə qarşılandı - Yenilənib

Ermənistanın paytaxtı İrəvanda aksiyaçılar Serj Sarkisyanın istefasını qeyd ediblər.

AzNews.az bununla bağlı canlı yayımı təqdim edir:

***
16:20

Ermənistanın baş naziri Serj Sarkisyan istefaya getdi.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın baş naziri Serj Sarkisyan bu dəqiqələrdə istefaya gedib.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları aprelin 13-dən bəri davam edir. Etirazlar əsasən Serj Sarkisyanın baş nazir seçilərək ölkəyə yenidən rəhbərlik etməsinə qarşı idi. 10 gündən artıq davam edən mitinqlərə əhalinin bütün təbəqələri, o cümlədən hərbçilər, həkimlər və tələbələr də qoşulub.