Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxış edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxış edib.

Ərdoğan erkən seçkilərdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxış edib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan çıxışında bir çox önəmli məsələlər, o cümlədən erkən seçkilərlə bağlı danışıb.

"Keçən həftə mən hörmətli Baxçalı ilə görüşdüm və o, erkən seçki keçirilməsi təklifini irəli sürdü. Biz də bunu düşündük və razılıq verdik. Buna qədər ana müxalifət dəfələrlə erkən seçki keçirilməsni tələb etmiş və bizə meydan oxumuşdu. Prezidentlik kürsüsündə daha il yarım oturmaq imkanımız vardı. Lakin biz fədakarlıq etdik, Türkiyəni bu durumdan qurtarmaq qərarına gəldik. Avqust ayı seçkilər üçün önəmli bir zaman deyildi. Ona görə də seçkilərin iyunun 24-də keçirilməsinə qərar verdik", deyə Ərdoğan öz çıxışında bildirib.