Aprelin 24-də Qrenlandiyada yerli parlamentə seçkilər keçirilir. Aprelin 24-də Qrenlandiyada yerli parlamentə seçkilər keçirilir.

Qrenlandiyanın Danimarkadan ayrılır?

Aprelin 24-də Qrenlandiyada yerli parlamentə seçkilər keçirilir.

AzNews.az Dünya mtbuatına istinadən xəbər verir ki, seçkilər çərçivəsində seçicilər Qrenlandiyanın Danimarkadan ayrılmasına da münasibət bildirəcəklər.

Dünyanın bu ən böyük adasının ərazisi əsasən buzla örtülüdür. Adada əhalinin sayı 55 min nəfərdir. Qrenlandiyanın yerli hökuməti hər il Danimarkadan təqribən 3,6 milyard Danimarka kronu (483 milyon avro) subsidiya alır. Danimarka Konstitusiyası ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu tanısa da, Qrenlandiyanın müstəqil dövlət olması illik büdcəsinin 60 faizini təşkil edən subsidiyaların kəsilməsi ilə nəticələnəcək. Bu səbəbdən Qrenlandiyanın müstəqilliyinin tərəfdarı olan və seçkilərdə iştirak edən siyasi partiyalar üçün başlıca məsələ ayrılma prosesinin adanın yoxsullaşması baş vermədən həyata keçirilməsidir. Yerli KİV-lər qeyd edirlər ki, Qrenlandiyada ÜDM-in 2,2 milyarddan bir qədər çox olması nəzərə alınarsa, müstəqillik və bunun ardınca büdcənin azalması adanı Avropanın ən yoxsul ölkələrindən birinə çevirə bilər.

Seçkilərdə iştirak edən yeddi siyasi partiyadan altısı müstəqilliyin tərəfdarı kimi çıxış edir.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində olduğu vaxt – 1979-cu ildə muxtariyyət əldə edib. 2009-cu ildə isə ada özünüidarə hüququ alıb. Kopenhagen yalnız Qrenlandiyanın xarici siyasəti və müdafiə məsələləri üzərində nəzarəti əlində saxlayır.