Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub. Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

Putin Ermənistan prezidenti ilə ölkədəki vəziyyəti müzakirə etdi

Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

AzNews.az bu barədə Kremlin rəsmi saytına istinadən xəbər verir.

"Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.