Ukrayna prezidenti Pyotr Poroşenko Çernobılın yeni qabaqcıl texnologiyaların yeri olacağına ümid etdiyini bildirib. Ukrayna prezidenti Pyotr Poroşenko Çernobılın yeni qabaqcıl texnologiyaların yeri olacağına ümid etdiyini bildirib.

“Çernobılı yeni texnologiyalar məkanına çevirməliyik” - Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko Çernobılın yeni qabaqcıl texnologiyaların yeri olacağına ümid etdiyini bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti bildirib ki, onlar Çernobıl faciəsini heç vaxt unutmayacaqlar.

"Bu faciə milyonlarla insanın həyatını məhv edib", deyə Poroşenko bildirib.

Ukraynanın baş naziri Vladimir Qroysman da Çernobıl qurbanlarının xatirəsini yad edib.

Qeyd edək ki, 1986-cı ilin aprelin 26-da Ukraynanın Çernobıl şəhərində nüvə stansiyasında partlayış olub. Bu fəlakət zamanı 7 minə yaxın insan həlak oub, 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.