Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçirilib. Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçirilib.

Paşinyan Putinlə görüşdü

Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, görüşdə Rusiya prezidenti Ermənistanın yeni hökumətinin dövründə Moskva və İrəvan arasında münasibətlərin əvvəlkindən daha yaxşı inkişaf edəcəyinə ümid etdiyi söyləyib: "Sizə hökumət başçısı vəzifəsində uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi, sürətlə inkişaf edəcək. Rusiya Ermənistana regionda yaxın tərədaşı və müttəfiqi kimi baxır. Bura iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri aiddir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq".

V. Putin qeyd edib ki, Moskva beynəlxalq miqyasda, o cümlədən Rusiya ilə Ermənistanın bir-birini dəstəklədiyi BMT-də Ermənistanla fəal işləməkdə davam edəcək.

AzNews.az