- Köhnə - Dünya
- 16 May 2018 17:01
- 3 345
İraqda daha bir terror - Ölənlər var
İraqın şimalındakı ət-Tarmiyə şəhərində baş vermiş terror hücumu nəticəsində azı 2 nəfər həlak olub.
Trend-in məlumatına görə, üzərinə partlayıcı maddə bağlamış intiharçı matəm karvanına hücum etməyə çalışıb.
Təhlükəsizlik qüvvələri intiharçını zərərsizləşdirərək hücumun qarşısını ala bilib. Hadisə zamanı daha 4 nəfər yaralanıb.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
AzNews.az