Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə bölmələri Yəməndən atılan raketi vurub. Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə bölmələri Yəməndən atılan raketi vurub.

Yəməndən Səudiyyə Ərəbistanına atılan raket vuruldu

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə bölmələri Yəməndən atılan raketi vurub.

Trend-in "Al-Hadath"a istinadən verdiyi məlumata görə, raket krallığın cənub-qərbində yerləşən Xamis-Muşayt rayonu üzərində vurulub.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbçilərinin sözlərinə görə, münaqişə dövründə ümumilikdə husilər tərəfindən atılan 120 raket vurulub.

AzNews.az