Qvatemalanın diplomatik nümayəndəliyini Təl-Əvivdən Qüdsə köçürməsinə cavab olaraq Fələstin ərəb ölkələrini bu Latın Amerikası dövlətindəki səfirliklərini bağlamağa çağırıb. Qvatemalanın diplomatik nümayəndəliyini Təl-Əvivdən Qüdsə köçürməsinə cavab olaraq Fələstin ərəb ölkələrini bu Latın Amerikası dövlətindəki səfirliklərini bağlamağa çağırıb.

Fələstin ərəb ölkələrinə çağırış etdi

Qvatemalanın diplomatik nümayəndəliyini Təl-Əvivdən Qüdsə köçürməsinə cavab olaraq Fələstin ərəb ölkələrini bu Latın Amerikası dövlətindəki səfirliklərini bağlamağa çağırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fələstin prezidentinin xarici siyasət məsələləri və beynəlxalq münasibətlər üzrə müşaviri Nəbil Şaat bildirib.

“Latın Amerikası ölkəsinin Birləşmiş Ştatlardan asılılığını nəzərə alsaq, ABŞ-ın ardından Qvatemalanın da səfirliyini Qüdsə köçürməsində təəccüblü bir şey yoxdur və bu qərarı əvvəlcədən gözləmək olardı”, - deyə müşavir vurğulayıb. Nəbil Şaatın sözlərinə görə, ərəblərin adekvat cavabı Qvatemaladakı diplomatik missiyalarını bağlamaları olardı.

Xatırladaq ki, Qüdsdə mayın 16-da Qvatemala səfirliyi, mayın 21-də Paraqvay səfirliyi işə başlayıb. Mayın 14-də işğal olunmuş Fələstin torpaqlarında İsrail dövlətinin qurulmasının ildönümü günü mübahisəli şəhərdə ABŞ səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın bu addımı Qəzza sektorunun sərhədi boyu fələstinlilərin miqyaslı etiraz aksiyalarına səbəb olub. İsrail ordusunun etirazçılara atəş açması nəticəsində 60 nəfərdən çox fələstinli həyatını itirib, 1200 nəfər isə yaralanıb.

Qüdsün statusu Fələstin –İsrail münaqişəsinin əsas problemindən biridir. 1967-ci il müharibəsinin gedişində İsrail şəhərin şərq hissəsini işğalı altına alıb və Qüdsü özünün “vahid və bölünməz” paytaxtı elan edib. Fələstinlilər izə şəhərin şərq hissəsini öz dövlətlərinin paytaxtına çevirmək istəyirlər.

AzNews.az