ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb. ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb.

ABŞ İrana qarşı sanksiyalarını yumşalda bilər? - Dövlət katibindən açıqlama (Foto)

ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb.

AzNews.az Ria-ya istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo Vaşinqtonda "Heritage Foundation"da çıxışı zamanı İrana qarşı sanksiyaların yumşaldılması üçün 12 şərti açıqlayarkən deyib:

"ABŞ İranın siyasətində real dəyişiklik olmayacağı təqdirdə, sanksiyaları aradan qaldırmayacaq. Tehranın siyasətində daimi və real dəyişiklik olacağı təqdirdə, biz tətbiq etdiyimiz məhdudiyyətləri yumşaldacağıq", - M.Pompeo bildirib.

Onun sözlərinə görə, hazırda tətbiq edilən sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir".