Türkiyənin məqsədlərindən biri kosmosa astronavtlar göndərməkdir. Türkiyənin məqsədlərindən biri kosmosa astronavtlar göndərməkdir.

Türkiyə kosmosa astronavt göndərmək istəyir

Türkiyənin məqsədlərindən biri kosmosa astronavtlar göndərməkdir.

Bu barədə Trend-ə Türkiyə hakimiyyətindəki mənbə deyib.

O bildirib ki, bu tapşırığın reallaşdırılmasına ölkədə milli kosmik agentliyinin yaradılmasından sonra başlamaq planlaşdırılır.

Mənbə qeyd edib ki, hazırda ölkədə kosmik agentliyinin yaradılması üzrə iş gedir:

"Milli agentliyin yaradılması Türkiyə hakimiyyəti üçün mühüm prioritetlərdən biridir".

Qeyd edək ki, Türkiyədə kosmik agentliyinin formalaşdırılması 2023-cü ilə planlaşdırılır və 6 milyard dollar ayrılacaq.

AzNews.az