Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub. Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub.

Pakistanda şiddətli istilər 65 nəfərin həyatına son qoydu

Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, ölkənin ən iri şəhərlərindən olan Kəraçidə temperatur 45 dərəcəyədək çatır.

Şəhərdə işıqların gün ərzində tez-tez kəsilməsi də sərinləşdirici qurğuları işə salmağa imkan vermir.

Qeyd olunur ki, Ramazan ayı davam etsə də, şəhər rəhbərliyi sakinləri çoxlu su içməyə və evdən çıxmamağa çağırır.

Xatırladaq ki, 2015-ci ildə Kəraçidə şiddətli isti 1200 nəfərin həyatına son qoymuşdu.

AzNews.az