Rusiyanın inşa etdiyi və təxminən 100 min əhalisi olan Pevek şəhərinin elektrik enerjisinə olan tələbatını ödəyəcək dünyanın ilk üzən atom elektrik stansiyasına (AES) yanacaq yüklənəcək. Rusiyanın inşa etdiyi və təxminən 100 min əhalisi olan Pevek şəhərinin elektrik enerjisinə olan tələbatını ödəyəcək dünyanın ilk üzən atom elektrik stansiyasına (AES) yanacaq yüklənəcək.

Dünyanın ilk üzən atom stansiyasına yanacaq vurulacaq

Rusiyanın inşa etdiyi və təxminən 100 min əhalisi olan Pevek şəhərinin elektrik enerjisinə olan tələbatını ödəyəcək dünyanın ilk üzən atom elektrik stansiyasına (AES) yanacaq yüklənəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rosatom” məlumat yayıb. Bildirilir ki, “Academic Lomonosov” adlı AES yanacaq doldurmaq üçün Rusiyanın şimal-qərbindəki Murmanska gəlib. Üzən AES Murmanska getmək üçün Baltik, Şimal, Norveç və Barens dənizlərini keçərək 4 min kilometr yol qət edib.

Qarşıdakı aylarda yanacağın doldurulma prosesi tamamlandıqdan sonra “Academic Lomonosov” Rusiyanın uzaq şərqindəki Çukot muxtar diyarının Pevek şəhərinə gedəcək və 2019-cu ildə şəbəkəyə qoşulacaq.

“Rosatom” Dövlət Korporasiyasının baş direktoru Alexey Likhachev “Academic Lomonosov”un bu qəbildən olan ən unikal AES olduğunu deyib.

Təxminən 70 meqavat gücü olan AES 2021-ci ildə tam tutumda enerji istehsal edəcək. Üzən AES-in istismar müddəti 40 ildir. AES istilik və elektrik enerjisi istehsalı ilə yanaşı dəniz suyunun şirinləşdirilməsi üçün də istifadə olunacaq.

AzNews.az