ABŞ Prezidentinin administrasiyası ölkənin maşınqayırma sənayesini qorumaq məqsədi ilə avtomobil və ehtiyat hissələrinin idxalına 25 faizlik rüsum tətbiq etmək istəyir. ABŞ Prezidentinin administrasiyası ölkənin maşınqayırma sənayesini qorumaq məqsədi ilə avtomobil və ehtiyat hissələrinin idxalına 25 faizlik rüsum tətbiq etmək istəyir.

Tramp avtomobil idxalına 25 faiz rüsum tətbiq etmək istəyir

ABŞ Prezidentinin administrasiyası ölkənin maşınqayırma sənayesini qorumaq məqsədi ilə avtomobil və ehtiyat hissələrinin idxalına 25 faizlik rüsum tətbiq etmək istəyir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə müvafiq sorğu ABŞ Ticarət Nazirliyinə göndərilib. Sənaye və ticarət naziri Uilbur Ross prezidentlə görüşündən sonra “xaricdən idxalın Amerikanın maşınqayırma sənayesini dağıtdığını” bildirib. İndi isə nazirlik bu sahədə tənəzzülün ümumilikdə ABŞ iqtisadiyyatını zəiflətməyə qadir olub-olmaması barədə suala cavab tapmalıdır.

Sənaye və Ticarət Nazirliyinin tədqiqatının azı 10 ay sürəcəyi gözlənilir.

Qeyd edək ki, Tramp administrasiyası tərəfindən polad və alüminiuma rüsum qoyulması üçün istifadə olunan ticarətin genişləndirilməsi barədə 1962-ci il qanunu avtomobil idxalına rüsumun tətbiq edilməsinə də hüquqi əsas ola bilər. Bu qanun prezidentə ölkənin milli təhlükəsizlik maraqlarına cavab vermədiyi təqdirdə digər dövlətlər üçün ticarət maneələri qurmağa imkan yaradır.

AzNews.az