ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,8 milyon barrel (1,3 faiz) artaraq 438,1 milyon barrel olub. ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,8 milyon barrel (1,3 faiz) artaraq 438,1 milyon barrel olub.

ABŞ-ın neft ehtiyatları artdı

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,8 milyon barrel (1,3 faiz) artaraq 438,1 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,4 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 661,3 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 1,9 milyon barrel (0,8 faiz) artaraq 233,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 3,8 milyon barrel aşağı düşmüşdü.

AzNews.az