Malayziya polisi bu günlərdə ölkənin sabiq Baş naziri Nacib Razzakın mənzillərində keçirilən axtarışlar nəticəsində 114 milyon rinqqit (28,6 milyon dollar) nağd pulun müsadirə olunduğunu təsdiqləyib. Malayziya polisi bu günlərdə ölkənin sabiq Baş naziri Nacib Razzakın mənzillərində keçirilən axtarışlar nəticəsində 114 milyon rinqqit (28,6 milyon dollar) nağd pulun müsadirə olunduğunu təsdiqləyib.

Sabiq baş nazirin 28,6 milyon dollar pulu müsadirə edildi

Malayziya polisi bu günlərdə ölkənin sabiq Baş naziri Nacib Razzakın mənzillərində keçirilən axtarışlar nəticəsində 114 milyon rinqqit (28,6 milyon dollar) nağd pulun müsadirə olunduğunu təsdiqləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu mayın 25-də Kuala-Lumpurda keçirilən mətbuat konfransında çıxış edən İqtisadi Cinayətlərin Təhqiqi üzrə İdarənin rəisi Amar Sinqh bildirib. Onun sözlərinə görə, 72 qutu müsadirə olunub, dəqiq məbləğ pullar sayıldıqdan sonra müəyyənləşib.

Amar Sinqh, həmçinin 1 MDB dövlət investisiya fondunda mənimsəmələr üzrə təhqiqatın davam edəcəyini bildirib.

Qeyd edək ki, fondun 4,5 milyard dollar həcmində vəsaitinin məqsədyönlü istifadə edilməməsi barədə ilk məlumatlar 2015-ci ildə yayılıb. Həmin zaman sabiq baş nazirin hesabında təxminən 700 milyon dollar aşkarlanıb. Onların 1 MDB hesablarından köçürüldüyü məlum olub. Təhqiqat zamanı Nacib Razzak vəsaitin rəhbərlik etdiyi partiyanın siyasi ehtiyaclarını ödəmək üçün Səudiyyə Ərəbistanının kral ailəsi tərəfindən köçürüldüyünü bildirib və bununla da Malayziyada araşdırma dayandırılıb.

Bu yaxınlarda keçirilən parlament seçkilərində qələbə qazanan yeni Baş nazir Mahathir Mohamad dövlət fondundan vəsaitin mənimsənilməsi barədə təhqiqatın bərpa olunacağını bildirib.

AzNews.az