Rusiya prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan C-400 raket kompleksləri alması ilə əlaqədar bu ölkəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb. Rusiya prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan C-400 raket kompleksləri alması ilə əlaqədar bu ölkəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb.

Putin Türkiyəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırdı

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan C-400 raket kompleksləri alması ilə əlaqədar bu ölkəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Vladimir Putin bildirib ki, Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, Rusiyadan silah almasında qeyri-adi heç nə yoxdur. Rusiya, məsələn, Yunanıstana da C-300 raketləri satır. Kimdən silah alıb-almamağı Türkiyə özü həll etməlidir. Bu sövdələşmə ilə əlaqədar Türkiyəyə təzyiq göstərilməsi ədalətsizlikdir.

Rusiya prezidenti əmin olduğunu bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təzyiqlərə davam gətirəcək və güzəştə getməyəcək. O deyib: “Mən prezident Ərdoğanın xasiyyətinə bələdəm. İnanmıram ki, kimsə ona təzyiq göstərib istədiyinə nail ola bilər”.

AzNews.az