Uqandanın qərbində sərnişin avtobusunun traktor və avtosisternlə toqquşması nəticəsində həlak olanların sayı 40-ı ötüb. Uqandanın qərbində sərnişin avtobusunun traktor və avtosisternlə toqquşması nəticəsində həlak olanların sayı 40-ı ötüb.

Uqandada dəhşət: 48 nəfər öldü - Yenilənib

Uqandanın qərbində sərnişin avtobusunun traktor və avtosisternlə toqquşması nəticəsində həlak olanların sayı 40-ı ötüb.

AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi mayın 26-na keçən gecə Kiryandonqo rayonunda baş verib.

Qırmızı Xaç Təşkilatının Uqanda şöbəsinin nümayəndəsi İren Nakasiitanın agentliyə verdiyi məlumata görə, hadisə nəticəsində azı 48 nəfər həlak olub. Onların arasında 18 uşaq da var.

***

15:08

Uqandada sərnişin avtobusunun traktor və pivə dolu avtosisternlə toqquşması nəticəsində 19 nəfər ölüb.

Trend-in məlumatına görə, ölənlər arasında 3 uşaq da var.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerində xilasedicilər işləyir.

Qeyd edək ki, Uqanda dünyada ən çox yol qəzası baş verən ölkələr siyahısındadır. Hər il azı 20 min nəfər bu qəzaların qurbanı olur.

AzNews.az