İndoneziya kamikadze terrorçuların silsilə hücumlarından sonra terrorizmlə mübarizəni gücləndirir. İndoneziya kamikadze terrorçuların silsilə hücumlarından sonra terrorizmlə mübarizəni gücləndirir.

İndoneziya terrorizmlə mübarizəni gücləndirir

İndoneziya kamikadze terrorçuların silsilə hücumlarından sonra terrorizmlə mübarizəni gücləndirir.

AZƏRTAC yerli kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, mayın 25-də ölkə parlamenti terrorizmlə mübarizə haqqında yeni qanun qəbul edib.

Yeni qanun polisin və ordunun səlahiyyətlərini artıraraq, onlara ölkəni daxildən silkələyən terrorizmlə mübarizədə fəaliyyət azadlığı verir.

Qanuna görə, hakimiyyət orqanları bundan sonra terror aktlarının hazırlanmasında şübhəli bilinən şəxsləri əvvəl olduğu kimi, bir həftə yox, artıq 21 gün saxlaya bilərlər.

Onlar, həmçinin həm ölkə daxilində, həm də xaricdə terror təşkilatlarına daxil olaraq, müəyyən hərbi hazırlıq keçmiş şəxsləri də məsuliyyətə cəlb edə bilərlər.

AzNews.az