Parisdə Fransa prezidenti Emmanuel Makronun siyasətinə etiraz əlaməti olaraq keçirilən aksiyada saxlanılanların sayı 32 nəfərə çatıb. Parisdə Fransa prezidenti Emmanuel Makronun siyasətinə etiraz əlaməti olaraq keçirilən aksiyada saxlanılanların sayı 32 nəfərə çatıb.

Parisdə keçirilən etiraz aksiyasında 32 nəfər saxlanıldı

Parisdə Fransa prezidenti Emmanuel Makronun siyasətinə etiraz əlaməti olaraq keçirilən aksiyada saxlanılanların sayı 32 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Məlumata görə, aksiyaçılar silah gəzdirməyə, aqressiv fəaliyyətə görə, yaxud zorakılıq təşkil etmək məqsədilə yaradılan qruplarda iştiraka görə saxlanılıblar.

Parisdə aksiya yerli vaxtla saat 15:00-da, (Bakı vaxtı ilə saat 17-də) başlayıb. Nümayiş əvvəlcə sakit keçib. Lakin təxminən 1 saat sonra aksiyaya vitrinləri sındıran, polislərə müxtəlif əşyalar atan qara paltarlı insanlar qoşulub.

Qeyd edək ki, daha əvvəl aksiyada 24 nəfərin saxlanıldığı bildirilirdi.

AzNews.az