Rusiyada son iki ay ərzində gənə dişləmələri səbəbindən həkimə müraciət edənlərin sayı 130 minə çatıb. Rusiyada son iki ay ərzində gənə dişləmələri səbəbindən həkimə müraciət edənlərin sayı 130 minə çatıb.

Rusiyada gənə təhlükəsi

Rusiyada son iki ay ərzində gənə dişləmələri səbəbindən həkimə müraciət edənlərin sayı 130 minə çatıb.

Trend-in məlumatına görə, martın 15-dən aparılan monitorinq nəticəsində mayın 18-ə qədər olan məlumata görə, 129 min 845 nəfər gənə dişləmələri səbəbilə həkimə müraciət edib ki, onlardan 36 mini uşaqlardır.

Ən çox gənə dişləmələri Sverdlovsk, Kemerovsk, Voloqda, İrkutsk, Sankt-Peterburqda qeydə alınıb.

Hazırda 23 nəfər kəskin ensefailt virusu, 250 nəfər isə borrelioz virusu ilə xəstəxana şəraitində müalicə alır.

AzNews.az