Şimali Türk Respublikasının qurucusu və prezidenti Rauf Denktaşın nəvəsi intihar edib Şimali Türk Respublikasının qurucusu və prezidenti Rauf Denktaşın nəvəsi intihar edib

Prezidentin nəvəsi intihar etdi

Şimali Türk Respublikasının qurucusu və prezidenti Rauf Denktaşın nəvəsi intihar edib



Lent.az-ın verdiyi məlumata görə, keçmiş prezidentin nəvəsi Can Denktaş Lefkoşa qəbiristanlığında atası Raif Denktaşın məzarı başında qarın nahiyəsindən güllə ilə vuraraq intihara cəhd edib. Güllə səsini eşidən qəbiristanın mühafizəçiləri Canı yaralı vəziyyətdə Yakın Doğu Universiteti Xəstəxanasına yerləşdiriblər. 6 saat əməliyyatda qalmasına baxmayaraq Denktaşın həyatını xilas etmək mümkün olmayıb.

İddiaya görə, Can Denktaş maddi sıxıntılar yaşadığı üçün intihar edib. O, iki il bundan öncə kreditini ödəyə bilmədiyi üçün də həbs olunub, lakin nənəsi tərəfindən borcları ödənildikdən sonra sərbəst buraxılmışdı. Can Denktaş əleyhinə borclar səbəbindən çoxlu sayda məhkəmə işlərinin olduğu da iddia edilir.

Hazırda intiharın səbəbləri araşdırılır.

AzNews.az