Rusiyanın Sankt Peterburq şəhərində Novruz bayramının qeyd edilməsi rəngli görüntülərlə yadda qalıb. Qafqaz və Orta Asiya xalq rəqs qruplarının bir-birindən maraqlı çıxışlar təqdim etdiyi gecədə türk dilində mahnılar da ifa olunub. Rusiyanın Sankt Peterburq şəhərində Novruz bayramının qeyd edilməsi rəngli görüntülərlə yadda qalıb. Qafqaz və Orta Asiya xalq rəqs qruplarının bir-birindən maraqlı çıxışlar təqdim etdiyi gecədə türk dilində mahnılar da ifa olunub.

``Lensovet``də Novruz bayramı

Rusiyanın Sankt Peterburq şəhərində Novruz bayramının qeyd edilməsi rəngli görüntülərlə yadda qalıb. Qafqaz və Orta Asiya xalq rəqs qruplarının bir-birindən maraqlı çıxışlar təqdim etdiyi gecədə türk dilində mahnılar da ifa olunub.



"Lensovet" konsert salonunda təşkil olunan bayram gecəsində şəhərin qubernatoru Georgiy Poltavçenko da iştirak edib. Proqramın açılışında çıxış edən Poltavçenko bütün xalqların Novruz Bayramını səmimi sözləri ilə təbrik edib. Sankt- Petersburqun bütün xalqları və mədəniyyətləri birləşdirən bir şəhər olduğunu qeyd edən Poltavçenko bu birliyin sonsuza qədər davam etməsini diləyib. Çıxışından sonra ona təşkilatçılar tərəfindən yerli paltarlar geydirilib.

Tədbirdə bir-birindən gözəl rəqs nümayiş etdirən Sankt- Peterburq Rus-Türk Mədəniyyət Mərkəzi "Anadolu Əfsanəsi" qrupunun reallaşdırdığı Aşuk-maşuk oyunu tamaşaçılar tərəfindən maraqlı qarşılanıb. Bundan başqa, gecədə səhnəyə çıxan Şəbnəm adlı azərbaycanlı şagirdin səsləndirdiyi Ayla Dikmənə aid "Anlamazdın" mahnısı da salondakıların diqqətini cəlb edib.

Gecədə aralarında Özbəkistan, Türkmənistan, Azərbaycan və Qırğızıstanın olduğu bir çox ölkələrdən folklor qrupları da iştirak edib. Iştirakçı ölkə nümayəndələri bir-birindən gözəl Qafqaz rəqslərini böyük məharətlə ifa edib və tamaşaçılardan böyük alqış alıblar.

Xəyalə Məmmədova
AzNews.az