Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib. Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib.

Britaniyalı nazirin telefonu oğurlandı

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib.

APA-nın məlumatına görə, S. Cavid bunu bu gün "The Sun" qəzetinə müsahibəsində bildirib.

S. Cavid hadisənin bir anda baş verdiyini qeyd edib: "Mən Londonda Yuston vağzalı yaxınlığında idim. Telefonumu əlimə aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar".

Daxili işlər naziri Böyük Britaniya şəhərlərində küçələrdə zorakılığın azaldılması üçün internetdə bıçaq satışına qadağa qoyulmasını, polislərin gənclərlə profilaktiki söhbətlər aparmasını, o cümlədən narkotik satıcıları ilə mübarizənin gücləndirilməsini zəruri sayıb.

Qeyd edək ki, S. Cavid bu il aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub. S. Cavid Pakistan əsilli miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili işlər naziridir.

AzNews.az