Niderlandda avtobusu musiqi festivalı izləyicilərinin üzərinə sürən sürücü saxlanılıb. Niderlandda avtobusu musiqi festivalı izləyicilərinin üzərinə sürən sürücü saxlanılıb.

Avtobusu insanların üzərinə sürən sürücü saxlanıldı - Yenilənib

Niderlandda avtobusu musiqi festivalı izləyicilərinin üzərinə sürən sürücü saxlanılıb.

Qeyd edək ki, hadisə ölkənin cənubunda PinkPop festivalı zamanı olub.

Gecə baş verən hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.

***

11:04

Niderlandın şimalında naməlum sürücü avtobusu musiqi festivalı izləyicilərinin üzərinə sürüb.

APA-nın xəbərinə görə, bu barədə “De Morgen” qəzeti yerli polisə istinadən yazıb. Bildirilir ki, bu gecə baş verən hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Sürücü avtobusla birlikdə hadisə yerindən qaçıb, hazırda onun axtarışı aparılır.

AzNews.az