- Köhnə - Dünya
- 18 İyun 2018 12:39
- 3 645
KXDR-də nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyekt var - KİV
KXDR nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyektə malikdir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Munhwa Ilbo" qəzeti ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən məlumat yayıb.
"Şimali Koreyada ilk gizli nüvə çalışmalarını 1982-ci ildə ABŞ kəşfiyyatı qeydə alıb. O vaxtdan keçən 36 ildə KXDR-in nüvə obyektlərinin siyahısı daim artıb", - deyə qəzet yazıb.
Nəşrin mənbələri bu obyektlərin yoxlanmasının beynəlxalq ictimaiyyət üçün "ciddi çağırış" olacağını qeyd edirlər.
AzNews.az