Yaponiya hökuməti ölkədə işçi qüvvəsinə olan kəskin tələbatın qarşısını almaq üçün immiqrasiya haqqında qanuna dəyişikliklər etməyə hazırlaşır. Yaponiya hökuməti ölkədə işçi qüvvəsinə olan kəskin tələbatın qarşısını almaq üçün immiqrasiya haqqında qanuna dəyişikliklər etməyə hazırlaşır.

Yaponiya hökuməti immiqrasiya qanununa dəyişikliklər edir

Yaponiya hökuməti ölkədə işçi qüvvəsinə olan kəskin tələbatın qarşısını almaq üçün immiqrasiya haqqında qanuna dəyişikliklər etməyə hazırlaşır.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeni qanun çoxlu sayda əcnəbinin Yaponiyaya gəlməsini sadələşdirəcək. Yaponiya Nazirlər Kabinetinin əsas iqtisadi və maliyyə siyasəti ilə əlaqədar ötən həftə təsdiq etdiyi sənədə bu təklif də daxil edilib. Həmin plana görə, bəzi ixtisaslara malik olan əcnəbilərə veriləcək yeni status onlara beş il müddətinə ölkədə qalmaq imkanı yaradacaq.

Yaponiya hökuməti işçi qüvvəsinin çatışmazlığının daha çox hiss edildiyi beş sahədə əmək ehtiyatlarını artırmağı planlaşdırır. Həmin sahələrə tikinti, gəmiqayırma, mehmanxana sektoru, kənd təsərrüfatı və qayğı xidmətləri daxildir.

İmmiqrasiyaya nəzarət barədə qanuna dəyişikliklərlə əlaqədar layihənin cari ilin payızında parlamentin müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur.

Əcnəbilər yeni statusu əldə etmək üçün malik olduqları ixtisaslar və yapon dili üzrə imtahanlardan keçməlidirlər.

AzNews.az